Azərbaycan Ordusunda Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib
Azərbaycan Ordusunda Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Zəfər Günü ilə əlaqədar Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliği, onların mənəvi-psixoloji və döyüş ruhunun daha da yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, hərbi qulluqçular, rayon icra hakimiyyətlərinin əməkdaşları, məktəblilər, eləcə də digər qonaqların iştirak etdikləri silsilə tədbirlər çərçivəsində Şəhidlər xiyabanları ziyarət edilib, şəhidlərin məzarları üzərinə güllər düzülərək xatirələri ehtiramla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni ifa səsləndirilib.
Tədbirlər çərçivəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının qələbədəki rolu, igid hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələri haqqında ətraflı danışılıb, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağı vurğulanıb.
Vətən müharibəsinə həsr olunan sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb, məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar, həmçinin hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramları təqdim olunub.
2 views
11
5
1 year ago 00:02:17 1
Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - BAKU TV
1 year ago 00:02:02 5
Azad edilmiş ərazilərdə bölmələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb
1 year ago 00:01:30 1
Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir
1 year ago 00:02:08 11
Azərbaycan Ordusunda sürücülərin peşəkarlıq səviyyəsi artırılır
1 year ago 00:02:01 4
Qardaş yumruğu təliminin şəxsi heyəti təltif olunub
1 year ago 00:00:57 2
Azərbaycan Ordusunda Snayperlərin hazırlığı kursu keçirilir
1 year ago 00:02:19 3
Azərbaycan Ordusunda nümunəvi tabor taktiki təlimi keçirilib
1 year ago 00:02:04 2
Azərbaycan Ordusunda Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib
2 years ago 00:02:24 2
Müdafiə naziri cənub bölgəsində yerləşən hissə və birləşmələrin yoxlamasını həyata keçirib
2 years ago 00:02:47 3
Müdafiə naziri gənc zabitlərin təlim-məşq prosesi ilə tanış olub
2 years ago 00:02:22 3
Silah və hərbi texnika payız qış mövsümündə istismar rejiminə keçirilir
2 years ago 00:01:35 1
“N” hərbi hissəsində Silah təmiri sexi fəaliyyətə başlayıb
2 years ago 00:00:52 2
Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib
2 years ago 00:01:19 1
Kəlbəcər və Laçında tikintisi davam edən hərbi obyektlərə baxış keçirilib
2 years ago 00:02:48 1
Azərbaycan Ordusunda döyüş atışlı intensiv taktiki təlimlər keçirilir