Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir

Azərbaycan Ordusunda yeni tədris dövrünün məşğələləri keçirilir 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində yeni tədris dövrünün nəzəri məşğələləri keçirilir. Məşğələlərdə hərbi qulluqçulara onların vəzifə borcu və qarşıya qoyulan tapşırıqlar, eləcə də silah-texnikanın xüsusiyyətləri, onların effektiv istifadə olunması və təhlükəsizlik qaydaları çatdırılır. Qeyd edək ki, qoşunların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasını təmin etmək məqsədilə yeni tədris dövründə Azərbaycan Ordusunun hərbi hissələrində döyüşə hazırolma vəziyyətinin yoxlanılması üzrə tədbirlər həyata keçiriləcək. Bölmələr “Həyəcan“ siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər. ____ В Азербайджанской Армии проводятся занятия нового учебного периода В соответствии с планом боевой подготовки на 2023 год, в видах войск, объединениях, соединениях, воинских частях Азербайджанской Армии и в специальных военно-учебных заведениях проводятся теоретические занятия нового учебного периода. На занятиях до сведения военнослужащих доводятся их должностные обязанности и поставленные задачи, разъясняются особенности вооружения и техники, возможности их эффективного применения и правила безопасности. Отметим, что в целях поддержания высокого уровня боеготовности войск в новом учебном периоде в воинских частях Азербайджанской Армии будут проводиться мероприятия в целях проверки состояния боевой готовности. По сигналу «Тревога» подразделения покинут пункты постоянной дислокации и выдвинутся к учебным центрам и общевойсковым полигонам. ____ Training classes of a new training period are underway in the Azerbaijan Army In accordance with the combat training plan for 2023, theoretical training classes of the new training period are held in the types of troops, Army Corps, formations, and military units, as well as special educational institutions of the Azerbaijan Army. During the training classes, servicemen are informed about their duties and tasks, the features of weapons and equipment, as well as the rules for their effective use, and safety regulations. It should be noted that activities on inspecting the state of combat readiness will be carried out in the military units of the Azerbaijan Army to maintain the troops’ combat readiness at a constant high level during the new training period. After being put on alert, the units will withdraw from the points of permanent deployment and move to the training centers and combined-arms ranges.
Back to Top