Müdafiə naziri gənc zabitlərin təlim-məşq prosesi ilə tanış olub
Müdafiə naziri gənc zabitlərin təlim-məşq prosesi ilə tanış olub
Oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Qaraheybət“ Təlim Mərkəzində olub.
Müdafiə naziri Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nun dinləyicilərinin tank direktrisasında təlim-məşq prosesinin gedişatı ilə maraqlanıb.
Məruzə edilib ki, burada müasir döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq dinləyicilərə tankların və döyüş maşınlarının yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir.
Sonra nazir müasir texnologiyadan istifadə olunmaqla atəşin idarə edilməsi üzrə məşqlərin icra edildiyi simulyasiya mərkəzinə baxış keçirib. Burada hərbi qulluqçuların minaatan qurğularından praktiki atışları nümayiş etdirilib.
Təlim mərkəzinin ərazisindəki atış şəhərciyinə gələn general-polkovnik Z.Həsənov hərbi qulluqçuların atıcı silahlardan və qumbaraatanlardan atış çalışmalarının icrasını izləyib.
Hərbi qulluqçuların müxtəlif döyüş maşınlarından sürücülük və atəş açma qabiliyyətinin təkmilləşdirilməsi üçün sürücülük və atış trenajorları sinifinə baxış keçirilib.
Xüsusi texniki avadanlıqlarla təchiz edilmiş kompüter dəstəkli atış şəhərciyində olan müdafiə nazirinə məruzə edilib ki, burada dinləyicilərə düzgün nişanalma qaydaları və atış üsulları virtual trenajorlar üzərində öyrədilir.
Daha sonra general-polkovnik Z.Həsənov döyüş maşınları və artilleriya qurğuları sinifinə gəlib. Bildirilib ki, burada müxtəlif növ artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, eləcə də onlardan istifadə qaydaları tədris olunur.
Müdafiə nazirinə məruzə olunub ki, ümumilikdə mərkəzdə hərbi qulluqçuların döyüş hazırlığının və taktiki-xüsusi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə ixtisasçı mütəxəssislər tərəfindən tədris zamanı Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan müasir döyüş əməliyyatlarında öyrənilən təcrübələr nəzərə alınır.
Sonra nazir kurs iştirakçıları ilə görüşərək onların qayğıları ilə maraqlanıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda, xüsusilə də hərbi təhsil sahəsində aparılan islahatlar nəticəsində görülən işlər barədə danışıb.
General-polkovnik Z.Həsənov dinləyicilərin daima bilik və bacarıqlarının artırılması, peşəkar zabit kadrları kimi yetişməsi üçün onlara öz tövsiyələrini çatdırıb. Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində möhkəm, mətin və cəsarətli olmalarını arzulayıb.
Sonda müdafiə naziri dərslərin daha keyfiyyətli təşkili və keçirilməsi məqsədilə Milli Müdafiə Universitetinin rəhbər heyəti qarşısında konkret tapşırıqlar qoyub.
3 views
11
3
2 months ago 00:01:37 2
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
2 months ago 00:01:05 1
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
2 months ago 00:03:12 1
Ermənilər orduya getməkdən boyun qaçırır | Paşinyan Qərbdən aldığı silahları işə salmaq istəyir?
2 months ago 02:02:20 1
Pənah Hüseyn Rəhim Qazıyevə cavab verdi
3 months ago 00:02:01 1
Müdafiə naziri Zakir Həsənov II Şəhidlər Xiyabanında şəhidləri ziyarət etdi
3 months ago 00:00:23 1
Milli Müdafiə Universitetinə məxsus stend maraqla izlənilib
3 months ago 00:01:12 1
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib
3 months ago 00:11:41 27
44 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi növbəti düşmən hədəfləri
3 months ago 00:16:18 7
Müdafiə Nazirliyi antiterror əməliyyatından görüntülər yaydı
4 months ago 00:01:30 1
HHQ-nin bölmələri ilə hava desant və praktiki paraşüt tullanışları üzrə məşqlər keçirilir
5 months ago 00:00:56 1
Müdafiə Nazirliyinin rəhbər heyətinin Qazaxıstana səfəri davam edir
5 months ago 00:00:42 1
Qazaxıstanlı həmkarı Zakir Həsənovu qarşıladı | Səfərdən ilk görüntülər
5 months ago 00:00:33 11
Rusiya Müdafiə Nazirliyi Su-34 qırıcısının Ukrayna mövqelərinə hücumunun görüntüsünü yayıb