Paşinyan Azərbaycana boyun əydi - BAKU TV
Paşinyan Azərbaycana boyun əydi - BAKU TV
Aktual xəbərlərimiz
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin tərk-silah edilməsi ilə bağlı Azərbaycan tərəfinin təzyiqləri qarşısında geri addım atmağa məcbur olub.
Bununla bağlı Ermənistan mətbuatında məlumat verilib.
İddialara görə, Ermənistan Baş naziri Qarabağdan qanunsuz erməni silahlı birləşmələrinə aid ağır hərbi texnikanın böyük bir hissəsinin çıxarılması barədə göstəriş verib.
Nəşr xatırladıb ki, rəsmi Bakı bir müddət öncə Laçın yolu ilə hələ də Xankəndinə hərbi texnikanın daşınmasına sərt şəkildə etiraz etmişdi.
“Xankəndidəki mənbələrimizdən öyrəndik ki, Bakının növbəti tələbini yerinə yetirən Paşinyan bu bəyanatlara cavab olaraq Qarabağ ermənilərini silahlandırmadığını sübut etmək üçün bölgədən ağır hərbi texnikanın böyük partiyasını geri çəkməyi tapşırıb”, - deyə məlumatda qeyd edilib.
Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
Sosial şəbəkələrimiz
© 2022 © All Rights Reserved ℗ Baku TV