Şurnux, Nüvədi Azərbaycana verilir?
Paşinyan doğrudan da 100 ərazi üçün referendum istəyir? Deyəsən, torbada pişik var axı. Daha doğrusu, o pişik referendum blankından çıxacaq. Ekspertlər hesab edir ki, delimitasiya Paşinyan üçün sadəcə bəhanədir. Əsl məqsəd yeni konstitusiyanı referenduma çıxarmaqdır. Həmin konstitusiyada artıq Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olmayacaq. Yəni Azərbaycana ərazi iddiası. Digər tərəfdən, ölkənin Avropaya inteqrasiyasını da bu referendumla rəsmiləşdirə bilər. Bu yolla həm Azərbaycanın şərtini yerinə yetirəcək, həm də Rusiyadan qurtulacaq. Digər maraqlı məqam. Paşinyan bu açıqlamalardan sonra nə ABŞ-yə zəng etdi, nə Parisə, nə də Brüsselə. Bu dəfə məsləhətləşmək istədiyi Rəcəb Tayyib Ərdoğan idi. Türkiyə prezidentini Qurban bayramını təbrik etmək bəhanəsi ilə yığmışdı. Ermənistan mediası yazdı ki, liderlər iki ölkə arasında münasibətləri normallaşdırmaq barədə danışıblar. Həm də heç bir ilkin şərt irəli sürmədən. Bu nüans olduqca maraqlıdır. Türkiyənin Ermənistana ilkin şərti Azərbaycanla sülh müqaviləsidir. Ermənistan bu şərti yerinə yetirməyib. O zaman ilkin şərt necə ortadan qalxa bilər? Bəlkə Paşinyan Ərdoğana hansısa vəd verib? Deyəsən, vədlərindən birini yerinə yetirdi axı. Ermənistan Fələstin dövlətini tanıdı. Hər halda bu məsələdə Ankaranın rolu olub. Amma Ərdoğanın Paşinyandan aldığı vədlər bununla bitə bilməz. İrəvan Ankaraya başqa hansı vədlər verə bilər? Məsələn, elə konstitusiya ilə bağlı? Və ya bəlkə Zəngəzurla bağlı? Zəngəzur azərbaycanlıların qədim dədə-baba yurdudur. Yəni Qərbi Azərbaycanın bir hissəsi. Biz Qərbi Azərbaycan deyəndə Ermənistanda dik atılırlar. Çünki 1918-ci ildə bu ərazilər Ermənistana hədiyyə verilib. Delimitasiyanın növbəti mərhələsi Zəngəzurdan başlasa, hansı ərazilər bizə qayıdacaq? Qazax istiqamətində delimitasiya sovet xəritələri ilə aparıldı. Zəngəzurda daha əvvəlki xəritələrlə aparıla bilərmi? Məsələn, 1918-ci ilə xəritələri ilə. Belə olan halda sovet dövründən əvvəl Ermənistana verilən hansı ərazini geri tələb edə bilərik? Detalları veririk.
Bizi İzləyin:
Whatsapp:
Facebook:
Instagram:
Teleqram:
Sayt:
Copyright © İCTİMAİ TV
#itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet