Şəhidlər Xiyabanında hazırlıq işləri gedir - BAKU TV

Şəhidlər Xiyabanında hazırlıq işləri gedir - BAKU TV Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar hazırlıq işləri görülür. Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Şəhidlər xiyabanında təmir, geniş təmizlik və abadlıq işləri görülür. Ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib. “Xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub”, - deyə BŞİH-dən bildirilib. Qeyd edək ki, hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır. Pulsuz Elanlar: Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və mar
Back to Top