Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri cənab Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdən əvvəl İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.
İsrailin Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamladıqdan sonra hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən cənab isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
____
Обсуждены вопросы азербайджано-израильского военного сотрудничества
3 октября министр обороны Азербайджанской Республики генерал-полковник Закир Гасанов встретился с находящейся с официальным визитом в нашей стране делегацией во главе с министром обороны Израиля господином Биньямином Ганцем.
Накануне встречи израильская делегация посетила Аллею шехидов, почтив светлую память героических сынов Азербайджана, отдавших жизнь во имя независимости и территориальной целостности Родины, и возложила венок к мемориалу «Вечный огонь».
Затем в Министерстве обороны состоялась официальная церемония встречи.
Министр обороны Израиля прошел перед почетным караулом, прозвучали государственные гимны обеих стран и в соответствии с протоколом была оставлена памятная запись в «Книге почетных гостей».
Поприветствовав гостей, генерал-полковник З.Гасанов отметил высокий уровень двустороннего партнерства, играющего весомую роль не только в развитии Азербайджана и Израиля, но и в обеспечении безопасности во всем регионе.
Поблагодарив за теплый прием, господин Б.Ганц, в свою очередь, подчеркнул важность дальнейшего развития двустороннего военного сотрудничества, отметив значимость проведения подобных встреч.
Стороны обсудили перспективы развития сотрудничества между Азербайджаном и Израилем в военной, военно-технической областях, организацию рабочих встреч на уровне военных специалистов различных специализаций и другие вопросы, представляющие взаимный интерес.
____
Issues of military cooperation between Azerbaijan and Israel were discussed
On October 3, the Minister of Defense of the Republic of Azerbaijan, Colonel General Zakir Hasanov, met with a delegation led by the Minister of Defense of the State of Israel, Mr. Benjamin Gantz. The delegation is on an official visit to Azerbaijan.
Before the meeting, the Israeli delegation visited the Alley of Shehids and paid tribute to the memory of the heroic sons of the Motherland, who sacrificed their lives for the independence and territorial integrity of Azerbaijan, as well as laid a wreath at the Eternal Flame monument.
Then an official welcoming ceremony was held at the Ministry of Defense.
The Israeli Defense Minister passed along the guard of honor and the national anthems of both countries were performed. The “Book of Honor” was signed in accordance with the protocol.
Welcoming the guests, Colonel General Z. Hasanov emphasized that the high level of partnership between the countries plays a significant role not only in the development of the two states but also in ensuring security in the whole region.
Expressing gratitude for the sincere meeting, Mr. B. Gantz, in his turn, stressed the importance of further developing military cooperation and holding such meetings.
The meeting discussed prospects for the development of cooperation between Azerbaijan and Israel in the military and military-technical spheres, the organization of working meetings at the level of military specialists of different qualifications, and other issues of mutual interest.
10 views
7
3
12 years ago 00:03:32 31
Marneulidəki Azərbaycan məktəbləri dərslik problemi ilə üzləşirlər
5 years ago 00:01:01 49
Rus sülhməramlıları ilə Azərbaycan hərbçiləri Kəlbəcərdə görüşdü
3 years ago 00:06:37 11
Azərbaycan hərbçiləri ilə sülhməramlılar üz-üzə - BAKU TV
6 years ago 00:04:28 45
5100 metr uzunluqda dövlət bayrağı ilə Azərbaycan sərhədçilərinin yürüşü
4 years ago 00:19:01 12
İran ilə Azərbaycan arasında müşahidə olunan gərginliyi müzakirə etdik
4 years ago 00:02:09 8
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim keçirilib
3 years ago 00:02:20 16
Aksiyanın üçüncü günü Azərbaycan himni ilə başladı - BAKU TV
5 years ago 00:01:29 69
Azərbaycan ordusunun yolu Şuşa ilə Xankəndinədir - Baku TV
3 years ago 00:12:03 10
Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti ilə birgə mətbuat konfransındakı bəyanatı
5 years ago 00:02:52 37
Erməni hərbiçilər ilə Azərbaycan hərbiçilərin mübahisəsi düşdü. Kəlbəcər qızıl zavodu üstündə
8 years ago 00:02:39 43
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib -
6 years ago 00:03:14 24
CNN - Azərbaycan Xalq Cümhuriyyəti Sevinc Osmanqızı ilə
4 years ago 00:00:00 14
EUROVISION 2021: Açılış Mərasimi - CANLI - Azərbaycan dilində şərh ilə
3 years ago 00:06:39 19
Azərbaycan ile Rusiya arasında quru sərhədinin açılmama səbəbi dövlət təhlükəsizliyi ilə əlaqədərdir
7 years ago 00:10:03 82
Prezident İlham Əliyev “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
6 years ago 00:00:13 127
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Azərbaycan şəhidlərinin övladları ilə görüşdü
3 years ago 00:01:29 10
Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
10 years ago 00:06:45 95
Antonio Oliva Seba və Luka Valdesinin azərbaycan karateçiləri ilə təlimləri
11 months ago 00:06:11 1
Paşinyanın sifarişi ilə Azərbaycan əleyhinə kitab hazırlandı | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
6 years ago 00:06:10 11
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
6 years ago 00:05:51 16
Dilarə “Azərbaycan“ mahnısı ilə finalçılara dəstək oldu
3 years ago 00:09:45 18
Prezident Azərbaycan xalqını Novruz Bayramı münasibəti ilə təbrik edib - CANLI
1 year ago 00:23:39 1
Azərbaycan dindarların kütləvi həbsi nə ilə bağlıdır?
3 years ago 00:03:16 5
Beynəlxalq təşkilatlar Azərbaycan reallıqları ilə hesablaşır - BAKU TV