Polkovnik Kərim Vəliyev Ermənistanla sərhəddə olub - BAKU TV

Polkovnik Kərim Vəliyev Ermənistanla sərhəddə olub - BAKU TV Sosial şəbəkələrimiz Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev və nazirliyin digər vəzifəli şəxsləri N nömrəli hərbi hissədə olublar. Hərbi xidmətə yeni çağırılan gənclərin ən çox toplandığı hərbi hissədə şəxsi heyətin qəbulu prosesi, onların ilkin təməl hazırlığı kursunda iştirakı və hərtərəfli təminatı yoxlanılıb. Daha sonra Müdafiə Nazirliyinin rəhbər heyəti Ermənistanla sərhəddə yerləşən komando və digər hərbi hissələrdə olub, şəxsi heyətin intensiv dağ hazırlığı məşğələsini izləyib. Məşğələlərdə qoşunların dağ hazırlığı tapşırıqlarında döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin dağlıq ərazilərdəki təbii maneələri dəf etmək vərdişlərinin təkmilləşdirilməsinə, ştat silahından, o cümlədən dronlardan effektiv istifadə edilməsinə, həmçinin gündüz və gecə vaxtı istənilən hava şəraitində döyüşün aparılması bacarığına xüsusi diqqət yetirilib. Baş Qərargah rəisi hərbi qulluqçuların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim və məşqlərin intensivliyi və keyfiyyətinin daha da artırılması ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq göstərişlər verib. Polkovnik Kərim Vəliyev Ermənistanla sərhəddə olub © 2022 © All Rights Reserved ℗ Baku TV #kerimveliyev #ermenistan #serhed
Back to Top