Qarabağdakı erməni silahlılarının çıxarılması müzakirə edilib - BAKU TV

Qarabağdakı erməni silahlılarının çıxarılması müzakirə edilib - BAKU TV Martın 22-də müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin Bəyanatının müddəalarının icrası məsələləri, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri boyunca əməliyyat şəraiti müzakirə olunub. Tərəflər 10 noyabr 2020-ci il tarixli bəyanatın 4-cü bəndinə müvafiq olaraq qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərindən çıxarılması prosesi və bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar. https://t.m
Back to Top