Xankəndidə yaşayan ermənilər Bakıdan kömək istədi - Baku TV

Xankəndidə yaşayan ermənilər Bakıdan kömək istədi - Baku TV Son günlər Qarabağda yaşayan ermənilər Xankəndi şəhərinin millət vəkili Tural Gəncəliyevə müxtəlif məsələlərlə bağlı ardıcıl müraciətlər edirlər. Millət vəkilinin sözlərinə görə, Qarabağ erməniləri daha çox gələcəkdə Xankəndidə yaşayışlarının necə olacağı, Azərbaycan pasportunu necə ala biləcəkləri ilə bağlı narahatlıq keçirirlər. Əslində isə bütün bunlar onların çıxılmaz vəziyyətdə olduqlarını, dalana dirəndiklərini və yaranan reallığı başa düşərək Azərbaycanın suverenliyi çərçivəsində yaşamaq istədiklərini göstərir. Görünən odur ki, gec də olsa, Qarabağ erməniləri Ermənistan işğalının və hakimiyyət maraqlarının qurbanı olduqlarının, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün bir alətinə çevrildiklərinin fərqinə varırlar. Onların Azərbaycana göndərdikləri çoxsaylı ismarıclar da bunu deməyə əsas verir. Təbii ki, Azərbaycan regionda hər zaman sülhün və təhlükəsizliyin tərəfdarı olub. Ölkəmiz tərəfindən atılan addımlar və verilən adekvat rea
Back to Top