Sülhməramlılar ermənilərə su daşıyır - Baku TV

Sülhməramlılar ermənilərə su daşıyır - Baku TV Qarabağda yaşayan ermənilərin nə suyu var, nə işığı. Xüsusilə Xankəndidə yaşayan ermənilərin vəziyyəti xeyli çətinləşib. Bölgədəki Rusiya sülhməramlıları erməniləri əllərindən gəldiyi qədər su ilə təmin etməyə çalışırlar. Maşınlarda paylanan su kifayət etmədiyi üçün indi də sülhməlamlılar böyük çənlərlə ermənilər üçün su daşıyırlar. Su ilk növbədə məktəblərə çatdırılır. Su problemi Ermənistanda da var. Bu səbəbdən Ermənistan və Avropa İttifaqının birgə proqramına uyğun olaraq, ölkənin 11 şəhəri və 37 kəndində yeni su təchizatı sistemlərinin tikintisinə başlanılıb, həmçinin genişmiqyaslı təmir işləri aparılır. Bu barədə Baş nazir Nikol Paşinyanın müavini Suren Papikyan məlumat yayıb. Qeyd edək ki, bu yaşayış məntəqələrinin çoxunda əvvəllər ümumiyyətlə içməli su olmayıb və bəzi ərazilərdə şəbəkədə yaranan problem səbəbindən gündə yalnız bir və ya iki saat su verilirdi. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərlər
Back to Top