Güney Azərbaycanda azadlıq hərəkatı geri dönülməz yolda - BAKU TV
Güney Azərbaycanda azadlıq hərəkatı geri dönülməz yolda - BAKU TV
Aktual xəbərlərimiz
Azərbaycanın şimalı müstəqillik qazanandan İranın düşmən münasibəti ilə qarşılaşıb. Çünki ölkəmizin gündən-günə inkişafı, yeni reallıqlar yaratması həm də Güney Azərbaycan üçün stimuldur. İran narahatdır ki, qonşuluğunda belə bir ölkənin varlığı daxilindəki azərbaycanlılar üçün də milli dövlət qurmaq baxımından örnək ola bilər. Əbəs yerə deyil ki, Güney Azərbaycanda azadlıq, ədalət, milli hökumət şüarları günbəgün artır, geniş vüsət alır.
AYB-nin Güney Azərbaycan Komissiyasının sədri Sayman Aruz qeyd edib ki, milli olmayan hökumətin bizə nə azadlıq, nə də ədalət verə bilməyəcəyini artıq anlayırıq. Çünki bizim ana dili, milli varlıq kimi istəklərimiz şahlıq rejimi hökumətləri çərçivəsində mümkün deyil.
Güney azərbaycanlılar həm Şeyx Məhəmməd Xiyabaninin, həm də Seyid Cəfər Pişəvərinin dövründə öz milli hökumətlərini qurublar. Düzdür, müxtəlif qlobal güclərin dəstəyi ilə İran hakimiyyəti onları süquta uğratsa da, azərbaycanlılar yenə də milli dövlətlərinin bərpası üçün ayağa qalxıb. Yəni, İran hakimiyyəti Azərbaycanın güneyindəki insanların iradəsini heç vaxt qıra bilməyib. Çünki onlar milli dövlətçilik uğrunda mübarizəni hər zaman özünün həyat fəlsəfəsi hesab ediblər.
Bir sözlə, Güney Azərbaycandakı mübariz insanlar azərbaycançılıq ideyası istiqamətində, öz milli dövlətçiliyinin yaradılması uğrunda çox geniş bir mübarizəyə başlayıb. Artıq proses milli azadlıq hərəkatı kimi geri dönməz bir xarakter alıb. Çünki Azərbaycan milli hərəkatı öz müqəddəratını təyin etməsini qarşısına məqsəd qoyub.
Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
Sosial şəbəkələrimiz
© 2022 © All Rights Reserved ℗ Baku TV