2006-cı il may ayının 22-də Güney Azərbaycan ərazisində sonradan Xordad, yəni May qiyamı adını almış və milli oyanışın möhtəşəm nümayişinə çevrilmiş kütləvi etirazlar baş verdi. Rəsmi “İran” qəzetində dərc olunmuş təhqiramiz karikaturaya etiraz kimi başlanan mitinq və yürüşlər hakim rejimi əməlli-başlı silkələdi. Doğrudur, rejim əvvəlcə gücünü göstərməyə çalışdı, azərbaycanlıların dinc nümayişlərinə divan tutdu, daha öncə Xuzistanda ərəblərin, Sistan və Bəluçistanda bəluçların hərəkatını ABŞ, İsrail və İngiltərənin ayağına yazdığı kimi, bu hadisələri də dırnaqarası “islam inqilabı düşmənlərinin işi” kimi qələmə verdi. Amma sonra, necə deyərlər, bu hənanın o hənadan olmadığını görüb geri çəkildi, intonasiyasını dəyişdi, qəzet rəhbərliyini və rəssamı cəzalandırıb Azərbaycanın və azərbaycanlıların şəninə təriflər yağdırmağa başladı. Məşhur “Azərbaycan İranın başıdır” deyimi bu dəfə ali rəhbər Əli Xameneyinin , parlamentin o vaxtkı sədri Həddad Adilin dilindən səsləndi. O zaman Məsləhət Şurasının sədri olan Əkbər Haşimi-Rəfsəncani Azərbaycanı «İranın fəxri» adlandırdı. O Azərbaycanı ki, prezidentliyi dövründə farsların yaşadığı Kerman-İsfahan bölgəsinə ondan yüz dəfələrlə artıq sərmayə qoymuşdu.
Əslində tarakanı Azərbaycan dilində “nəmənə?” sualı ilə danışdıran rüsvayçı karikatura o zaman baş verən hadisələrin formal səbəbi idi, çünki İranda azərbaycanlıların və türk dilinin təhqir edilməsinin o vaxta qədər azı səksən illik tarixi vardı. Güneyli ziyalılardan birinin: “Xalq bu işə çoxdan hazır idi, karikatura sadəcə barıt anbarına atılmış yanan kibrit çöpü rolunu oynadı” – sözləri həqiqəti əks etdirir. Belə ki, ötən əsrin iyirminci illərindən üzü bəri İranda türk dilinin və azərbaycanlıların təhqir edilməsi davamlı və sistemli şəkildə həyata keçirilmiş və keçirilməkdədir.
#İran #Güney_Azərbaycan #Xordad #qiyam #karikatura
6 views
32
10
2 years ago 00:09:10 6
Güney Azərbaycanda May qiyamı niyə baş verdi?
2 years ago 00:53:02 1
Arazın o tayında (1947)
2 years ago 00:02:22 1
İranın məkrli “Güney planı”: Cənubi Azərbaycanda “Kürdüstan” layihəsini ger
2 years ago 00:54:13 6
Səxavət Məmmədin GÜNDƏMİ - Babək Muğanlı:Rejim çöksə, İran parçalanacaq...
2 years ago 00:00:46 4
Güney Azərbaycanda bayrağımız dalğalanır - BAKU TV
2 years ago 00:03:14 3
Güney Azərbaycanda azadlıq hərəkatı geri dönülməz yolda - BAKU TV
2 years ago 01:25:31 4
“Sepah ermənilərə təlim keçir” 2022/10/19
2 years ago 00:02:07 11
İranda etirazçılar GÜLLƏLƏNİR: 2000 nəfərin taleyi naməlumdur – APA TV
2 years ago 00:05:40 17
“İran Azərbaycana bir güllə atdığı gün, öz sonuna imza atmış olacaq!“
2 years ago 00:10:04 2
Talışlar Kimdir ( Talysh, Talesh, Tolysh, Tolish, Талыш kimlərdir və hardan gəliblər Talış Tarihi )
3 years ago 00:02:32 5
Güney Azerbaycandan salam olsun. Dünyada en çok taraftarı olan Türk takımı. TRACTOR AZERBAYCAN
6 years ago 00:03:23 4
Güney Azərbaycanda toy
7 years ago 00:03:51 11
Азербайджанская песня “Сары гялин“
8 years ago 00:02:39 35
Güney Azərbaycanda erməni-kürt birləşmələri tərəfindən törədilən soyqrım
8 years ago 00:01:30 6
Güney Azərbaycanda yağan aramsız yağışlar Təbriz yaxınlığında ağır itkilərə səbəb oldu
8 years ago 00:06:41 1
Güney Azərbaycanda sel basqınları can aldıᴴᴰ
9 years ago 01:19:37 1
22 May 2006-cı il Güney Azərbaycanda Milli Qiyamla bağlı xüsusi proqram