Azərbaycan bayrağı Laçın-Xankəndi yolunun başlanğıcında dalğalanır - BAKU TV

Aprelin 23-ü Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində bayrağımız ucaldılıb. Artıq sözügedən ərazidə Azərbaycan bayrağı dalğalanır. Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə, həmçinin Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına da məlumat verilib. Abunə ol: Azərbaycan bayrağı Laçın-Xankəndi yolunun başlanğıcında dalğalanır - BAKU TV ***** ℗ 2022 - 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ***** #lacinyolu #qarabag #bayraq #xankendi #serhed #menteqe Azərbaycan bayrağı Laçın-Xankəndi yolunun başlanğıcında dalğalanır - BAKU TV
Back to Top