Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi

Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarının iyunun 25-də növbəti buraxılış mərasimi keçirilib. Hərbi institutda keçirilən mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunub, qarşısına qızılgüllər düzülərək xatirələri yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib. Z.Həsənov çıxış edərək mərasim iştirakçılarını Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyi münasibətilə təbrik edib, məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb. General-polkovnik Z.Həsənov hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdim edib. Sonra Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Yaş kötüyünə simvollar vurulub. Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin məzunlarına diplomlar təqdim olunub. Kursantlar hərbi orkestrin müşayiəti ilə hərbi institutun marşını ifa ediblər. Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #heydərəliyev #hərbiinstitut #zakirhəsənov #məzun #mərasim #müdafiənaziri #buraxılışmərasimi
Back to Top