Bir ailənin iki vunderkindi - Baku TV

Bir ailənin iki vunderkindi - Baku TV Bir ailənin iki fəxri, iki vunderkind. Söhbət Şirvan şəhərində yaşayan Yusifovlar ailəsindən gedir. Daha doğrusu, sadə ailədə böyüyən istedadlı bacı-qardaşdan. Onların hər ikisi Bakı Ali Neft Məktəbinin (BANM) tələbələridir. Əli Yusifov 2017-ci ildə qəbul imtahanlarından 690 bal toplayaraq yüksək nəticə ilə BANM-in Neft-qaz mühanəndisliyi fakültəsinə daxil olub. Hazırda isə Malayziyada dövlət sifarişi əsasında təhsilini davam etdirir. Cəmilənin də buraxılış və qəbul imtahanlarında göstərdiyi nəticələr bu uğurun təsadüfi olmadığını göstərir. Qardaşının göstəricilərindən və uğurundan stimul alan Cəmilə builki qəbul imtahanlarında 685 bal toplayaraq BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını seçib. İndi təkcə bir ailənin, bir məktəbin deyil, bütün rayonun fəxri sayılan Əli və Cəmilənin uğurları valideynlərinin də sevincini birə-beş artırıb. Bacı-qardaşın nəaliyyətlərində təhsil aldıqları 1 saylı tam orta məktəbin müəllimlərinin də əməyi danılmazdır. Kana
Back to Top