Gözü qarşısında atası güllələnən ukraynalı Yuri - BAKU TV

Gözü qarşısında atası güllələnən ukraynalı Yuri - BAKU TV Aktual xəbərlərimiz Artıq 4 aydır davam edən Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatın hər gün daha böyük dəhşətləri, artan humanitar fəlakətləri ortaya çıxır. Bunlar arasında yetim qalan uşaqlar, başsız qalan ailələrin həyat dramı xüsusi yer tutur. Buça sakinləri olan Neçiporenko ailəsi də onlardandır. Ailənin başçısı Ruslan sıradan bir vəkil olub, müharibə başladıqdan sonra isə işsiz qalan yaralılara, yaşlılara kömək edirmiş. Lakin Buçanın işğalı dövründə, martın 17-də gündüz vaxtı küçədə ikən Rusiya əsgəri onu güləlləyib. Gözü qarşısında atası güllələnən Yuri deyib ki, küçədə 5-6 metr məsafədə qarşılarına çıxan Rusiya əsgəri onların əllərini yuxarı qaldırmalarına məhəl belə qoymayıb. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Gözü qarşısında atası güllələnən ukraynalı Yuri #bakutv #ukraynalıyuri #atasigullelenenukraynali #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top