İranın dəstəklədiyi HƏMAS liderinin inanılmaz sərvəti

Təqribən iki il öncə farsca ən böyük və ən populyar link paylaşımı platforması olan “Balatərin” saytında “İran əhalisinin sərvəti hesabına varlanmış fələstinli terrorçu ağazadələrlə tanış olun!” başlığı ilə iki şəkil verilərək yazılıb: “Sizin üçün maraqlı bir təsvir paylaşıram ki, 1979-cu ilin 11 fevral qiyamında iranlıların necə aldadıldığını görəsiniz. Yuxarıdakı şəkildə HƏMAS-ın siyasi rəhbərlərindən olan İsmayıl Həniyəni altı oğlu ilə birlikdə görürük ki, İrandan aldıqları pullarının bir hissəsi bu ailənin yaxşı yaşamasına sərf olunur, digər hissəsi də İsrail əhalisinə edilən hücumlara xərclənir. Aşağıdakı şəkildə isə başqa bir durumun şahidiyik: orada öz aləmlərində İsrailə qarşı döyüşən və bu yolda öz ayaqlarını itirən fələstinli gəncləri görürük. Ar olsun o şəxslərə ki, İsrailə qarşı terrorçuluğa rəvac verir və İranın sərvətinin oğurlanmasında iştirak edirlər!” Özünü məzlum Fələstin xalqının haqları uğrunda mübariz kimi qələmə verən HƏMAS liderlərinin, o cümlədən təşkilatın siyasi bürosunun hazırkı rəhbəri İsmayıl Həniyənin dəbdəbəli həyatı və inanılmaz sərvəti barədə ötən illərdə dünya mətbuatında çoxsaylı məqalələr və məlumatlar dərc olunub. Lakin son üç həftədə İsraildə və Qəzzə zolağında baş verən faciəli hadisələr kontekstində bu məsələ yenidən gündəmə gəlib. #İran #HƏMAS #Həniyə #Fələstin #sərvət #Qəzzə
Back to Top