Rusiya MN-in açıqlaması erməniləri qəzəbləndirdi - BAKU TV

Rusiya MN-in açıqlaması erməniləri qəzəbləndirdi - BAKU TV Aktual xəbərlərimiz Rusiya Müdafiə Nazirliyinin dekabrın 12-si saat 19:00 tarixli bülletenində yer alan məlumat Qarabağdakı erməni separatçıları qəzəbləndirib. Belə ki, Rusiya MN-in Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlıların fəaliyyətinə dair gündəlik yayımladığı açıqlama separatçıların gözləntilərini doğrultmayıb. Ermənilər Şuşa-Xankəndi yolunda baş verən hadisələrə Rusiya MN-dən özlərinə sərf edən reaksiya gözləsələr də, sülhməramlı missiyanın fəaliyyətinə dair açıqlamada bununla bağlı heç bir xatırlatma yer almayıb. Bu isə sosial şəbəkənin erməni seqmentində böyük rezonans doğurub. Görünür, Azərbaycan vətəndaşlarının öz ölkələrinin ərazisində istənilən aksiyanı keçirməkdə tam sərbəst olması həqiqətini separatçılar öz riyakar xislətləri səbəbilə dərk edə bilməsələr də, Rusiya MN bunu onlara çatdırmaqda çətinlik çəkməyib. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Rusiya MN-in açıqlaması erməniləri qəzəbləndirdi © 2022 © All Rights Reserved ℗ Baku TV #separatcilar #rusiyamn #pucoldu
Back to Top