26 yanvar 2023-cü il tarixində Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – QAYIDIŞ KONSEPSİYASI qəbul edildi. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri aşağıdakılardır:
- İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi;
- Geriyə qayıtma prosesinin müvafiq təhlükəsizlik, humanitar, sosial-iqtisadi yardım proqramları ilə təminat altına alınması;
- Geriyə qayıtmış əhalinin yenidən qovulmasına, onlara qarşı hər hansı ayrı-seçkilik həyata keçirilməsinə və zərər vurulmasına imkan verməmək üçün beynəlxalq monitorinq, hesabatlıq, təhlükəsizlik, müdaxilə və digər zəruri fəaliyyətin bərqərar edilməsi;
- Beynəlxalq nəzarət altında yenidənqurma və barışıq tədbirlərinin həyata keçirilməsi yolu ilə, geriyə qayıtmış insanların davamlı reabilitasiya və re-inteqrasiyasının təmin edilməsi.
Qayıdışın beynəlxalq hüquqi çərçivəsinin formalaşdırılması üçün İcma Azərbaycan Respublikası hökuməti, Ermənistan Respublikası hökuməti, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər, region ölkələri və digər aidiyyəti dövlətlər və təşkilatlar ilə təmaslara başlayacaq. Qayıdış prosesinin nizamlı və effektiv şəkildə həyata keçirmək məqsədilə müvafiq beynəlxalq icraçı tərəfdaş tapmaq üçün səy göstəriləcək və bu tərəfdaşın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının olmasına üstünlük veriləcək. Ermənistan hökuməti azərbaycanlılara məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasını təmin etməli, mülkiyyətə vurulmuş zərərə və mülkiyyətdən istifadənin qarşısının alınmasına görə yaranmış itkilərə görə kompensasiya ödəməlidir. İcma əhali öz vətəninə qayıtdıqdan sonra da təşkilat kimi öz fəaliyyətini, o cümlədən orada yaşayacaq azərbaycanlıların maraqları, hüquqları, inkişafı və təhlükəsizliyinin təmin edilməsi üzrə mütəşəkkil səylərini, bu məqsədlə, Azərbaycan Respublikası, xarici dövlətlər və beynəlxalq təşkilatlar, eləcə də Ermənistan hökuməti ilə və Ermənistan ictimaiyyəti ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirmək niyyətindədir.
Ermənilər vandalizm törədərək İrəvandakı abidlərimizi dağıdıblar, lakin müxtəlif faktlar - sənədlər, xəritələr qalmaqdadır. Qərbi Azərbaycanın elmi irsi araşdırılmalı, mədəniyyətini dünyaya tanıtmaq üçün fəal işlər görülməlidir. Bunun üçün hər kəs bacardığı işi layiqincə yerinə yetirməlidir, gənc nəslin tarixi yaddaşı gücləndirilməlidir.
1 view
7
1
2 years ago 00:03:31 1
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası
2 years ago 00:02:59 2
Qərbi Azərbaycana qayıdışla bağlı işlər start götürüb - BAKU TV
1 year ago 00:06:17 2
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” ikinci festival - konqres keçirilir
12 months ago 00:01:57 1
“Qərbi Azərbaycana qayıdış” festival-konqresin videoçarxı
1 year ago 00:08:54 1
Qərbi Azərbaycana qayıdış - Festival-konqres Batabat yaylağında iyunun 23-dək davam edəcək
12 months ago 00:09:02 3
Şurnux, Nüvədi Azərbaycana verilir?
2 years ago 00:21:25 1
Azərbaycanlıları qovmağı Ermənistandan kimlər tələb etmişdi? - Qərbi Azərbaycan Xronikası
10 months ago 00:02:19 1
Paşinyan mütləq Azərbaycana gəlsin və... | Dünya liderləri hərəkətə keçdi
11 months ago 00:10:57 2
İlham Əliyev Ermənistandan Qərbi Azərbaycanla bağlı dəqiq layihə tələb edir
1 year ago 00:10:08 3
Azərbaycana xəyanət edən komandanı ifşa edən məşhur sovet filmi hansıdır? - ARAŞDIRMA
11 months ago 00:05:53 1
Ermənistanın regionda yeganə döyə biləcəyi İran qapısı bağlanacaq | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
2 years ago 00:01:50 1
Qərbi azərbaycanlılardan Fransaya çağırış - BAKU TV
9 months ago 00:08:29 1
Ermənistanın Azərbaycana vurduğu zərərin qiyməti 800 milyard dollar civarındadır
9 months ago 00:02:45 1
Vaşinqtonun göstərişi ilə hədəf oxları Azərbaycana tuşlandı | Yeni nüanslar
9 months ago 00:07:20 1
Ermənistanda Qərbi Azərbaycan torpaqlarının Azərbaycan ərazisi olduğu qeyd edilən xəritələr yayılır
10 months ago 00:01:52 4
Azərbaycana qarşı qəzəblidirlər... | Rusiyalı ekspert Ermənistanın VOMA təşkilatından danışdı
12 months ago 00:01:35 2
Azərbaycana görə Paşinyana qarşı çıxan Pezeşkian haqqında bilinməyənlər
1 year ago 00:06:38 5
Ermənistan və Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilər müəyyənləşib
9 months ago 00:04:26 1
Türk mənşəli yer-yurd adlarının bir neçə dəfə dəyişdirilməsindəki xain niyyət
8 months ago 00:07:14 1
“Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasət azərbaycanlıların qayıdışına zəmin yaradacaq“
10 months ago 00:03:49 1
Azərbaycanın Ermənistana qarşı planına nələr aiddir? | QAİ hərəkətə keçir
2 years ago 00:05:31 5
İran bütün “qırmızı xətləri” keçir – TƏHLİL - APA TV
10 months ago 00:04:22 3
Ermənistan yeni müharibəyə hazırlaşır? | Təşkilat yenidən fəallaşdı
10 months ago 00:08:50 8
Putinin Bakıda qarşılanma anı | Rusiya Prezidenti Azərbaycanda dövlət səfərində - CANLI