İranın yuxularını ərşə çəkən nədir?

Qarabağla bağlı ciddi proseslərin getdiyi, qonşu İranla münasibətlərin gərginləşdiyi bir vaxtda millət vəkili Fazil Mustafa evinin qarşısında güllələndi. Fazil Mustafaya qarşı törədilən silahlı hücumla bağlı istintiqan ilkin izləri terror aktının arxasında İrannın dayandığına dəlalət edir. Məlumdur ki, son zamanlar Fazil Mustafa İranın Azərbaycana qarşı siyasətini sərt tənqid etməsi ilə gündəmə gəlirdi.  Terror aktının Azərbaycanın İsraildə səfirliyinin açılmasından 1 gün öncə gerçəkləşdirilməsi də təsadüf deyil. Məlumdur ki, İran Azərbaycan-İsrail münasibətlərinin yaxşı olmasını heç vaxt istəməyib. İndi Təl-Əvivdə səfirliyimizin açılması Tehranı ən çox hiddətləndirən səbəblərdəndir. Azərbaycanla İsrail yaxınlaşdıqca, İranın maskası daha çox yırtılır. Əslində Tehran əsl iç üzünü hələ Vətən müharibəsində göstərmişdi. Ermənistanı silah-sursatla təmin edən İran ermənilərə dəstəyini indi də əsirgəmir. Ona görə İranın nə din qardaşlığından, nə də mehriban qonşuluqdan danışmağa haqqı çatır. Amma əsas sual odur ki, İran niyə bu qədər narahatdır? Və ya İranın yuxularını ərşə çəkən nədir? *#azərbaycan #bakı #iran #tehran #sepah #təbriz #güneyazərbaycan #irancasusları #israil #terror #sülh #müharibə #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondeqiqe #sondəqiqə #sondakika #haber #haberler #video #gündem #news
Back to Top