Ulu Öndər Heydər Əliyev haqqında şeir/Heydər Əliyev şeiri

HEYDƏR ƏLİYEV şeiri Müəllif və səsləndirmə: Elvin Elxanoğlu Vətəninin ən çətin,ən ağır günlərində, Xalqının xilaskarı oldu Heydər Əliyev. Müdrik siyasətiylə,xilas etdi ölkəni, Güclü bir Azərbaycan,qurdu Heydər Əliyev. Vətəninə həsr etdi ömrünün hər anını, Bir şam kimi yandırdı bu yolda öz canını. O xalqını sevirdi, xalq da xilaskarını, Xalqının arxasında durdu Heydər Əliyev. Ölkədə hər sahədə islahatlar apardı, Hər addımda,hər işdə xalqa arxalanardı, Bütün siyasətçilər onu örnək alardı. Siyasətdə möhürün vurdu Heydər Əliyev. Vətənin hər qarışı ona doğma diyardı, İllər idi qəlbində Şuşa həsrəti vardı. Kaş Ulu Öndərimiz bugün də sağ olardı. Zəfərin bünövrəsin qoydu Heydər Əliyev. Onu hər an hörmətlə, rəhmət ilə anırıq, İlham Əliyevə də onun tək inanırıq, Ali baş komandanı davamçısı sanırıq, Gələcəyə işıqlı yoldur Heydər Əliyev. Etiketlər: Heydər Əliyev şeiri Heydər Əliyev haqqında şeir Ümummilli Lider Heydər Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı şeir Ulu Öndərə həsr olunmuş şeir Heydər Əliyevə həsr olunmuş şeir Heydər Əliyevə aid şeir Elvin Elxanoğlu şeirləri 10 may 1923 ulu öndər haqqında şeir Heyder Eliyev haqqinda seir #heyderaliyev #heydərəliyev #uluönder
Back to Top