Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib - BAKU TV

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib - BAKU TV Sosial şəbəkələrimiz Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib. Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcərdə həmin infrastruktura baxış keçirib. Bildirilib ki, Hərbi Polisin tabeliyindəki bölmənin yeni yerləşmə məntəqəsi Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə müasir tələblər nəzərə alınmaqla inşa olunub. Yerləşmə məntəqəsindəki qərargah, inzibati və xidməti iş otaqları mərkəzləşdirilmiş istilik sistemi, lazımi mebel və avadanlıqla təmin edilib, işıq, su və kommunikasiya xətləri çəkilib. Ətrafda abadlıq işləri aparılıb. Burada silah otağı, yataqxana, yeməkxana, hamam-sanitar qovşağı, isitmə sobaları, eləcə də avtomobil texnikasının saxlanması üçün park mövcuddur. Müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Kəlbəcərdə yeni istifadəyə verilən birləşmiş anbarlarda olub. Bildirilib ki, bu anbarlar vasitəsilə ordumuzun Kəlbəcər və Laçın rayonları ərazilərində dislokasiya olunan bütün bölmələrinin təminat və təchizatı fasiləsiz həyata keçiriləcək. Burada mövcud olan qərargah binası, yataqxana, inzibati və xidməti otaqlar bütün zəruri avadanlıqlarla tam təchiz edilib. Fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlar quraşdırılıb. Ərazidə abadlıq işləri aparılıb, ağaclar əkilib. Birləşmiş anbarlarda mərkəzləşdirilmiş istilik sisteminin təmin edilməsi məqsədilə qazanxana kompleksi, hərbi hissələrə təminat daşınmasında istifadə edilən yük avtomobillərinin, eləcə də yanğınsöndürmə avtomobillərinin saxlanması üçün park mövcuddur. Həmçinin ərazidə qonaq evi də inşa edilib ki, buradakı istirahət otaqları da müasir tələblərə cavab verən bütün növ mebel və avadanlıqla təmin olunub. Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib © 2022 © All Rights Reserved ℗ Baku TV #kelbecer #yeniherbiobyekt #lacin
Back to Top