Komandoların peşəkarlığı artırılır
Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə təlim məşqləri keçirilir.
Təlimin planına əsasən, komandolara təxribat hazırlığında olan şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib.
Silahlanmaya yeni qəbul olunan tırtıllı və xizəkli texnikalar vasitəsilə mobil çevik qruplar çətin keçilən ərazilərdə yerdəyişmə icra edərək dövlət sərhədini pozan qanunsuz silahlı birləşmələrin diversiya-kəşfiyyat qruplarının aşkarlanması, mühasirəyə alınaraq zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətləri yerinə yetiriblər.
Keçirilən məşqlərdə əsas məqsəd Vətən müharibəsində əldə olunan döyüş təcrübəsi nəzərə alınmaqla komandoların xüsusi texnikalarla hərəkəti, xizək sürmə vərdişlərinin təkmilləşdirilməsi, eləcə də relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin bacarıqla tətbiq edilməsidir.