Azərbaycan dramaturgiyasının banisi ənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran“ komediyası ilə 1873-cü ildə milli teatrımızın bünövrəsi qoyulmuşdur. Bu komediyaya müxtəlif illərdə, müxtəlif yozumlarda səhnə həyatı verilmişdir. Akademik Milli Dram Teatrının təqdim etdiyi yeni quruluşda milli kolorit, şən yumorla yanaşı, 18-ci əsrdə hökm sürən idarəçilik üsul-idarəsinə sarkazmla işarələr vurulur. Rejissor ilk səhnələrdən tamaşaçının diqqətinə çatdırır ki, Xan sui-qəsd xofu ilə yaşayır. Tamaşa Xanın gəlişi zamanı təhlükəsizlik tədbirləri ilə başlayır. Hadisələrdən m