Doymadım \ Bu dünya bir qara qəpiyə dəyməz - Zəlimxan Yaqub / Bağman Salmanov
------
DƏYMƏZ
Yumruqlar qazandıq, təpiklər yedik,
Vallah, qazancımız təpiyə dəyməz.
Uydurma sevgilər, qondarma sözlər
Alqışa, hay-küyə, çəpiyə dəyməz.
Pozuldu nizamlar, dağıldı səflər,
Qırdı bir-birini qansız tərəflər.
Dənizlər dibində dürlər, sədəflər
Suyun üzündəki köpüyə dəyməz.
Qaçma hər uğursuz saat dalınca,
Minnətçi göndərmə qanad dalınca.
Ey insan, yürümə manat dalınca,
Bu dünya bir qara qəpiyə dəyməz.
Almaniya, Münhen xəstəxanası. .
-------
1. V