Belçika Vaflisinin Hazırlanması | Belgium Waffles |

Əslən Bleçikaya aid olan Vafli, dadlı və gözəl olmağına baxmayaraq, əslində çox az bir vaxt sərf etməklə ev şəraitində tam rahatlıqla hazırlamaq olur. Əvvələr Restoranlarda və Kofe mağazalarında sevə-sevə yediyim Vaflini öz reseptimlə hazırladıqdan sonra inanın başqa yerdən yeyə bilmirəm. Mənim Reseptimin başqalarından fərqi ondadı ki, bişirdikdən sonra buzluqda saxladıqda və sonra yene isidib yedikdə ele bil indi hazırlanmış kimi yumuşaq və ətirli olur. Əgər hazırladığınız Vaflini buzluqda saxlamağı düşünürsünüzsə qida üçün yaralı olan torbalardan və ya qablardan istifadə etməyiniz tövsiyə olunur. Buzluqda 2-3 ay, Soyuducunun aşağı hissəsində 2-3 gün saxlaya bilərsiniz. Yeyilmə şəklinə gəldikdə isə, zövqünüzə görə yeyə bilərsiniz. Günün istənilən vaxtında yeyilə bilən ideal bir Şirniyyatdır. ____________________ MƏNİ TAPA BİLƏCƏYİNİZ BAŞQA YERLƏR İnstaqramda məni İzləyin Facebookda məni İzləyin Daha çox Resept üçün
Back to Top