Ayətullahdan növbəti cəfəng açıqlama - Baku TV
Son günlər ölkəmizə qarşı təhdid dolu fikirlər səsləndirən Ərdəbilin imam-cüməsi Ayətullah Amuli növbəti dəfə sərsəm açıqlama ilə gündəmə gəlib.
Axund bu dəfə İranın Azərbaycanla sərhədində keçirdiyi hərbi təlimlərə özünəməxsus şəkildə don geydirməyə çalışıb. Ərdəbilin din xadimi “İsrail İrana qarşı təxribata əl atmaq üçün Azərbaycana gəlib və “SEPAH” da öz düşməninə qarşı hərbi təlim keçirir”, - deyə cəfəng fikirlər səsləndirib.
Bəs əslində iki qonşu ölkə arasında bu cür yanlış məlumatların yayılması nəyə hesablanıb?
Politoloq Aydın Quliyevin sözlərinə görə, bunlar qeyri-ciddi açıqlamalardır. Dəfələrlə bildirilib ki, Azərbaycan qonşularla münasibətlərə sona qədər sadiqdir.
Son günlər din xadimləri ilə yanaşı, bəzi parlamentarilərin də ölkəmizə qarşı belə qərəzli fikirlər ifadə etməsinin arxasında nə dayanır?
Siyasi şərhçilər İranın bəzi din xadimlərinin bu addımını Azərbaycanın regionda nüfuz sahibi olması və günü-gündən qüdrətlənməsini həzm edə bilməməs