ARCHBAKU MMC - Balaxanı layihəsi

Archbaku MMC-nin bərpasını etdiyi ’’Balaxanı’’ layihəsini sizə təqdim edirik. Peşəkar komandamızın Balaxanı layihəsində gördüyü işlər qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Tikinti materiallarının seçimi baş plana uyğun olaraq təhlükəsizlik qaydaları və memari tələblərlə tənzimlənir. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Qeyd etmək lazımdır ki, Balaxanı Bakının ən qədim yaşayış yerlərindən biridir. Uzun əsrlər boyu bu yer Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub.
Back to Top