Rusiyanın adı dəyişir? - BAKU TV
Rusiyanın adı dəyişir? - BAKU TV
Aktual xəbərlərimiz
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin saytında Rusiyanın rəsmi adı və ümumiyyətlə rus termini ilə bağlı petisiya yer alıb.
Orada təklif edilir ki, “Rusiya” rəsmi olaraq “Moskoviya” adlandırılsın. “Həmçinin “rus” termini “moskvalı”, “Rusiya Federasiyası” isə “Moskva Federasiyası” ilə əvəz edilsin.
Hazırda petisiyaya 50-yə yaxın insan dəstək verib. Onun Ukrayna Prezidenti tərəfindən baxılması üçün 25 min səs toplaması lazımdır. Petisiya üzrə səslərin toplanması daha 92 gün davam edəcək.
Yeri gəlmişkən, hələ 2021-ci ilin dekabrında Ukraynanın Lvov və Rovno vilayət şuraları Rusiyanın adının “Moskoviya”, rusların isə “moskvalılar” adlandırılması tələbi ilə Zelenskiyə müraciət edib. Sözügedən şuraların deputatları Rusiyanın öz adından qanunsuz istifadə etdiyini iddia ediblər.
Qeyd edək ki, “Moskoviya” bəzi Qərb mənbələrində XV-XVIII əsrin əvvəllərində Rusiya dövlətinin adıdır, moskvalılar isə bu dövlətin sakinləri hesab olunurlar. Bu termindən adətən Ukrayna ictimai birləşmələrinin Rusiya dövlətindən ayrı olduğunu vurğulamaq üçün istifadə edilir.
Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
Sosial şəbəkələrimiz
Rusiyanın adı dəyişir?
© 2022 © All Rights Reserved ℗ Baku TV
#rusiya #ukrayna #addeyisir