Ermənistan vətəndaşı təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuşdur
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır.
Toplanılmış sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilmişdir ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak etmişdir.
Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirmişdir.
Törətdiyi qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
#dtx
1 view
989
510
8 months ago 00:01:30 1
Ermənistanda bu qərarın icrasına başlanıldı | Paşinyandan mühüm açıqlama
1 year ago 00:02:19 1
DTX Ermənistan vətəndaşı Vardanyanı təqsirləndirilən şəxs qismində HƏBS ETDİ
2 years ago 00:01:40 4
İrəvanda bayrağımızı yandıran təxribatçı beynəlxalq axtarışa verildi - BAKU TV
2 years ago 00:00:37 4
Xankəndiyə gedən ermənilər saxlanıldı - BAKU TV
2 years ago 00:03:50 7
Qarabağda təbii sərvətlərimiz talanır - BAKU TV
2 years ago 00:04:15 2
Ruben Vardanyan general Volkovu Qarabağda rüşvətlə susdurur
2 years ago 00:01:07 25
Ermənistan vətəndaşı: Zəngəzur da Azərbaycanın tərkib hissəsi olacaq - BAKU TV
2 years ago 00:04:11 7
Rusiya və Ermənistan vətəndaşı olan erməni hansı əsaslarla Qarabağa köçüb?
3 years ago 00:01:46 1
Erməni terrorçular “Bakı-Tbilisi-Ceyhan” neft boru kəmərini partlatmağı planlaşdırıblarmış
3 years ago 00:02:14 2
Qarabağdakı ermənilər xaricə gedə bilməyəcəklər - Baku TV
4 years ago 00:33:51 4
Dilqəm Əsgərovun erməni əsirliyində başına gələn inanılmaz söhbətləri
4 years ago 00:00:46 100
Əsirlərimizə işgəncə verən erməni özü əsir düşdü- Bakıda həbs olundu
4 years ago 00:06:29 36
Ölkəsindəki özbaşınalıqlardan təngə gələn Ermənistan vətəndaşı Naxçıvana keçdi
5 years ago 00:14:26 1
İki soydaşımız Ermənistan sərhədinə keçib piri ziyarət etdi
7 years ago 00:12:45 1
Azərbaycanlılar Qərbi Azərbaycanda - Qarakilsə dağları (Sisyan) Ադրբեջանցիներ Սիսիանում