İrəvanda bayrağımızı yandıran təxribatçı beynəlxalq axtarışa verildi - BAKU TV
İrəvanda bayrağımızı yandıran təxribatçı beynəlxalq axtarışa verildi - BAKU TV
Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib.
Baş Prokurorluqdan verilən məlumata görə, aprelin 14- ü İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönələn nümayişkaranə hərəkətlərlə Dövlət bayrağımızın yandırılması faktı üzrə başlanan cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində davam etdirilir.
İbtidai istintaqla “Ermənistan İctimai Televiziyası”nın dizayn studiyasının rəhbəri işləyən, 1982-ci ildə İrəvanda anadan olan və həmin dövlətin vətəndaşı olan Aram Nikolyanın Azərbaycan vətəndaşları və onun maraqlarına qarşı cinayətlər törətmək məqsədilə hazırda şəxsiyyətləri istintaqla araşdırılan bir qrup şəxslə birləşərək geniş beynəlxalq auditoriya qarşısında Dövlət bayrağımızı qəsdən yandırıb, Azərbaycana qarşı Ermənistan cəmiyyətində milli nifrət və düşmənçiliyin salınmasına, eləcə də milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Aram Nikolyan aprelin 19-da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
Bununla əlaqədar Baş Prokurorluq cinayət işinin istintaqının birgə əməkdaşlıq çərçivəsində aparılması üçün xarici dövlətlərin hüquq-mühafizə orqanlarına hüquqi yardım haqqında rəsmi müraciətlər göndərib. barəsində zəruri istintaq hərəkətlərinin keçirilməsi və dövlət sərhəddini keçdiyi halda saxlanılaraq Azərbaycana ekstradisiya olunması xahiş edilib.
İrəvanda bayrağımızı yandıran təxribatçı beynəlxalq axtarışa verildi
© 2023 © All Rights Reserved ℗ Baku TV
#ermenistan #azerbaycanbayragi #basprokurorluq #texribat