Dəyərli dostlar, bu audiomaterial vasitəsilə QorqudFilm Sizə qədim Şərq abidələrindən olan “Tutinamə“ haqqında ümumi məlumat və bir hekayət təqdim edir (ifa edir: Adilə Abdullayeva). XIV əsrdə Ziyaəddin Nəxşəbi tərəfindən qələmə alınmış “Tutinamə“ dastan xarakterli 52 hekayətdən ibarətdir. Bu hekayətlərin hamısı bir tutuquşu tərəfindən Xocəstə adlı qadına nəql olunur. Əsər dilimizə farscadan Əkrəm Bağırov tərəfindən tərcümə olunmuş və müxtəlif illərdə kitab şəklində işıq üzü görmüşdür.
Sizə təqdim etdiyimiz 29-cu gecənin hekayətində bir qadın və onun u