Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi xidmətə başlayır - BAKU TV

Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi xidmətə başlayır - BAKU TV Dünyanın ilk silahlı pilotsuz uçuş aparatları gəmisi, eyni zamanda Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilir. Məlumata görə, çoxməqsədli amfibiya hücum gəmisinin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanıb. 2019-cu ilin may ayında suya buraxılan gəminin 2022-ci ilin iyununda qəbul sınaqları keçirilib. Bildirilib ki, artıq “TCG Anadolu” orduda xidmətə tam hazırdır və Prezident Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək. Qeyd edək ki, “TCG Anadolu” Türkiyə donanmasının gücünü artıracaq. Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi xidmətə başlayır © 2023 © All Rights Reserved ℗ Baku TV #pua #herbigemi #tcganadolu
Back to Top