Əmir Teymurun topal olduğu
iddia edilən döyüş...
Teymur (9 aprel[1][2] 1336, Hoca-İlqar kəndi, müasir. Şaxrisabz, Özbəkistan — 18 fevral 1405, Otrar, müasir Qazaxıstan; Çağatay dilində تیمور (Temür, Tēmōr) — “dəmir“) — görkəmli sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur.