Ermənistanın “Azərbaycan əsir götürüb” dediyi hərbçi tapıldı - APA TV

#APATV #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #canlıyayım #apacanlı Ermənistanın “Azərbaycan əsir götürüb” dediyi hərbçi tapıldı - APA TV Martın 21-də avtomobillə ərzaq aparan zaman itkin düşən Ermənistan silahlı qüvvələrinin hərbçisi martın 22-də həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə öz yaydığı məlumatı təkzib edib. Xatırladaq ki, martın 21-də erməni hərbçinin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi iddia edirdi ki, guya onu Azərbaycan hərbçiləri əsir götürüb. Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı yaydığı məlumatda isə bildirmişdi ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır. ✅ Rəsmi saytımız: ✅ Rəsmi facebook səhifəmiz: ✅ Rəsmi instagram səhifəmiz: ✅ Rəsmi twitter səhifəmiz: ✅ Rəsmi teleqram səhifəmiz: ✅ Rəsmi youtube kanalımız: Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@
Back to Top