Bakının bu hissəsində “xruşovka”lar niyə sökülür?

#APATV Paytaxt Bakının abadlaşdırılması məqsədi ilə Yasamal rayonu Şərifzadə küçəsi 192 ünvanında yerləşən “xruşovka” ların mərhələli şəkildə söküntüsünə başlanılıb. Bu barədə APA TV-yə açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov bildirib. Onun sözlərinə görə, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək: “Bütövlükdə Yasamal rayonunda 360-dan yuxarı “xruşovka” dediyimiz, yəni o dövrdə tikilmiş beş mərtəbəli binalar söküləcək. Onlardan 30-a yaxını dörd mərtəbəlidir. Ömrünü yaşayıb bitirmiş binalardır. Konkret olaraq Şərifzadə küçəsi 192 saylı ünvanda binanın sökülməsindən söhbət gedir. Yəni burada şirkət tərəfindən sakinlərlə razılıq müqavilələri bağlanır və onlar köçürülür”. Qeyd edək ki, yeni binalar Bakı Şəhər icra hakimiyyətinin sərəncamı ilə tikiləcək. Tikintini icra edən şirkətin iş icraçısı İlqar Nuriyevin sözlərinə görə, sökülən binaların yerində beş bloklu 3 ədəd 14 mərtəbəli, 2 ədəd 12 mərtəbəli yaşayış binaları inşa olunacaq: “Ümumiyyətlə bütün binalarımı
Back to Top