Dustaqlar saxlanan bu yerdən Qız qalasına gizli yol var imiş - APA TV
#APATV #bulvar #qala #Səbail #Səbailqalası #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #apa #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #sondeqiqe #sonxeberlerbugun2024 #gundemxeber #apagündəm
Səbail qalası Şirvanşah III Fəribürz tərəfindən müdafiə məqsədilə inşa olunub. Qalanın içərisində olan qəsrdə isə dustaqlar saxlanılırdı. Bəzi mənbələrdə Karvasaray da adlanan qala ticarət gəmiləri üçün liman kimi də istifadə olunub. Tikilinin Abşerondakı digər qalalarla gizli, yeraltı yollarla əlaqəsi var.
1939 – 1969-cu illərdə qala ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində dənizdən 700-dən artıq daş lövhə çıxarıldı. Bu tapıntılar sayəsində qalanın tarixi barədə ətraflı məlumat əldə etmək mümkün oldu. Daş lövhələrdə Quran ayələrindən başqa, Bakının rəmzi sayılan öküz və ticarəti simvolizə edən dəvə təsvirləri yer alır. Bəzilərində isə insan təsviri də görmək mümkündür. Lakin onun kimliyi müəmmalıdır. Ehtimallara görə o, III Fəribürzün gürcü mənşəli xanımıdır.
Xəyalə Günəş deyir ki, Abşeron yarımadasının cənub sahillərində, elə hazırki bulvar yaxınlığında da dənizin altında qalan tarixi şəhərlər yatır. Bu şəhərlərin qalıqlarının aşkarlanması üçün ciddi tədqiqatların aparılmasına ehtiyac var.
Xatırladaq ki, bir neçə il öncə qalanın 3d modeli hazırlanmışdı və yenidən bərpa olunaraq turistik məqsədlə istifadəsi təklif olunurdu.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən sorğumuza cavab olaraq bildirildi ki, Bayıl qəsrinin bərpası nəzərdə tutulur. Bu məqsədlə tarixi abidə bərpa olunması üçün investisiya planına salınıb. Bərpa üzrə hansı işlərin həyata keçiriləcəyi bərpa layihəsində öz əksini tapacaq.
ORXAN ASLAN
RAMİQ ABBASOV
APA TV
✅ Rəsmi saytımız:
✅ Rəsmi facebook səhifəmiz:
✅ Rəsmi instagram səhifəmiz:
✅ Rəsmi X səhifəmiz:
✅ Rəsmi teleqram səhifəmiz:
✅ Rəsmi youtube kanalımız:
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@