Şuşalılar 30 il sonra evlərini görüb dəhşətə gəldilər - BAKU TV

Şuşalılar 30 il sonra evlərini görüb dəhşətə gəldilər - BAKU TV Şuşaya avtobus reyslərinin açılması ilə öz ata-baba yurdunu ziyarət edənlərdən biri də 1992-ci ilin mayında şəhərdən sonuncu çıxan sakinlərdən olan Kamil Rüstəmovdur. “35 yaşımda çıxıb, 65 yaşımda geri gəlmişəm. Bu boş divarlar belə mənə xoşdur. Çünki gəncliyim burada keçib” deyən K. Rüstəmov Şuşasız keçən illərin çətinliyindən danışıb. Şuşaya səfər edən ilk sərnişinlər arasında daha bir şuşalı Elmira Şəfiyevadır. Onun yaşadığı evdən əsər-əlamət qalmayıb. “Uşaqlığım keçən evi bu vəziyyətdə görmək mənə çox ağır gəldi. Heç vaxt bu mənzərə ilə qarşılaşacağımı təsəvvürümə belə gətirməzdim”, - deyə Şuşa sakini qeyd edib. Pulsuz Elanlar: Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraq
Back to Top