HDQ-nin dəniz xüsusi təyinatlılarına tapşırıq verildi | MN-dən görüntülər

HDQ-nin dəniz xüsusi təyinatlılarına tapşırıq verildi | MN-dən görüntülər 2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin dəniz xüsusi təyinatlılarının bir qrup şəxsi heyəti ilə “Partlayıcı sursatların zərərsizləşdirilməsi” kursu keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, kursun planına uyğun olaraq, dəniz fazası üzrə dib minalarının, şərti terror qrupları tərəfindən quraşdırılan bütün növ partlayıcı döyüş sursatlarının və kustar üsulla hazırlanan partlayıcı qurğuların aşkarlanması, təhlükəsizlik qaydaları nəzərə alınmaqla onların səthə çıxarılaraq partlatma və yandırma üsulu ilə məhv edilməsi üzrə tapşırıqlar icra olunur. Kursun keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığını müasir tələblərə uyğunlaşdırmaq, eləcə də hərbi qulluqçuların praktiki vərdişlərini və dövrün tələblərinə uyğun yeni mühəndis avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarını təkmilləşdirməkdir. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ HDQ-nin dəniz xüsusi təyinatlılarına tapşırıq verildi | MN-dən görüntülər 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #hdq #mn #xüsusitəyinatlı #kurs #təlim #sursat #dənizxüsusitəyinatlıları
Back to Top