Nəcməddin Sadıkovun yerinə yeni Baş Qərargah rəisi təyin olundu RƏSMİ - Baku TV

Prezident İlham Əliyev general-leytenant Kərim Tofiq oğlu Vəliyevin Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilməsi barədə Sərəncam imzalayıb. Qeyd edək ki, Kərim Vəliyev Prezidentin 14 may 2014-cü il tarixli Sərəncamı ilə müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Pulsuz Elanlar- ​ ​ ​ Abone Olun ► ​ Kanalda bütün müəllif hüquqları qorunur. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbər
Back to Top