Vüqar Biləcəri & Fərman Kərim - İmdad elə🥀 #vüqarbiləcəri #qəzəl #təxmis #ədəbiyyat #meyxana #şeir

Gör gülüm əhvalımı halıma yansan dad elə Kuyi-həsrətdən alıb öz yanına irşad elə Aşiqin əntiqəsin göstər məni isnad elə Dilbərim hərdən məni Allaha xatir yad elə Dar qəfəsdən könlümü birdəfəlik azad elə Hicrin ilə gəzmişəm hicran diyarın,ölkəsin Ümmid ilə gözlərəm hər dəm vüsalın səhnəsin Gözlərim gözlər səni neynir ki, görsün özgəsin? Gəl gülüm qov gözlərimdən intizarın kölgəsin Könlümün ayinəsindən qəm tozun sil,şad elə Yarımın eşqində şəm, yanmış əzəldən gəncliyim Yarıma qurban ola, yansın təməldən gəncliyim Göz çıxardı aşiqikən qaş düzəldən gəncliyim Baş ağardı bel büküldü getdi əldən gəncliyim Ey könül əfqanə gəl şivən qopar fəryad elə Çəksin əğyari Xuda məhşər günü istintağa Mürği-dil istər səni salmaz meyl digər bağa Mən əsiri-yar olub zülfündə döndüm dustağa Məcnunu səhrayə saldı eşq Fərhadı dağa Oldu məşhur aləmə Məcnun belə Fərhad elə Badeyi-eşqin dilər hər kim sənin camın dadır Saqi süzsün mey mənə gözlər sənin camındadır Bu sınıq qəlbim mənim hər əmrinin kamındadır; Padişahım bu könül mülkü sərəncamındadır Ya onu abad elə ya sök dağıt bərbad elə Ali söz zəvvar olar, xaneyi-dil olsa hərəm Var ümidim haqq ilə nəql eyləmişsə söz qələm Şairi-nalan üçün rəhmin qılandır möhtərəm Bir məsəl var xəlq ara quldan xəta şahdan Kərəm Əl açar səndən Vüqar rəhmət dilər imdad elə
Back to Top