Xankəndidəki evlərin Bakıdakı müştəriləri - Baku TV

Xankəndidəki evlərin Bakıdakı müştəriləri - Baku TV Erməni mediasında və sosial şəbəkənin erməni seqmentində ajiotaj yaradan məsələ barədə aktiv müzakirələr gedir. Söhbət azərbaycanlıların Qarabağda yaşayan ermənilərə zəng edib mənzillərini almaq istəməsidir. Bu barədə erməni ekspert Tiqran Abramyan sosial şəbəkə hesabında məlumat verib: “Son vaxtlar azərbaycanlıların Xankəndi sakinlərinə mənzillərini satmaq təklifi ilə telefon zəngləri Qarabağda aktiv müzakirə mərkəzinə çevrilib. Bu mövzu əhalinin narahatlığını ifadə edən jurnalist Nairi Oxikyan tərəfindən də qaldırılıb. Azərbaycanlıların təklifi əslində ondan ibarətdir ki, istənilən halda Xankəndi təhvil veriləcək. Buna görə onlar ermənilərə mənzillərini satmağı təklif edirlər. Bu, erməni əhalisində narahatlığı daha da artırıb. Qarabağdakı tanışlarıma zəng vuraraq bunun tək-tük, yoxsa kütləvi xarakter daşıdığını öyrənməyə çalışıram. Belə görünür ki, Azərbaycandan gələn zənglər bundan sonra daha da çoxalacaq. Təəssüflər olsun ki, bu gözlənilən proses idi
Back to Top