Rusiyalılar ölkəni tərk etməyə davam edir - BAKU TV
Rusiyalılar ölkəni tərk etməyə davam edir - BAKU TV
Aktual xəbərlərimiz
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-i xalqa müraciətində qismən səfərbərlik elan etdikdən sonra vətəndaşlar arasında təşviş müşahidə edilib, nəticədə minlərlə insan ölkədən çıxmağa çalışır.
Sosial şəbəkələrdə bu səbəbdən Rusiya sərhədlərində tıxacların yarandığına dair videogörüntülər yayımlanıb. Belə ki, uzun tıxaclar Gürcüstanla yanaşı, Monqolustan və Finlandiya ilə sərhəddə də müşahidə edilir.
Rusiya mətbuatında verilən məlumatlarda isə bildirilir ki, ölkə rəhbərliyi hələ ki sərhədi ölkənin kişi vətəndaşları üçün bağlamağı planlaşdırmır. Lakin rusiyalılar kütləvi şəkildə ölkəni tərk edərsə, vəziyyət dəyişə bilər.
Bu barədə qərar ölkənin Müdafiə Nazirliyinin, xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının qiymətləndirməsindən və Rusiya lideri Vladimir Putindən asılı olacaq.
Qeyd edək ki, qismən səfərbərlik elan olunduqdan sonra ölkədə təyyarə biletlərinin qiyməti fantastik həddə çatıb. Buna baxmayaraq, Moskvadan İstanbul, İrəvan, Bakı və viza tələb etməyən digər qonşu ölkələrə yaxın günlər üçün birbaşa reyslərə biletlər qalmayıb.
Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır.
Sosial şəbəkələrimiz
© 2022 © All Rights Reserved ℗ Baku TV
#rusiyalilar #olkeniterkedir #rusiyaseferberlik #ukraynarusiya #bakutv #bakutvnews #xəbərlər