Təbrizli azarkeşlərdən Türkiyəyə möhtəşəm dəstək - BAKU TV

Təbrizli azarkeşlərdən Türkiyəyə möhtəşəm dəstək - BAKU TV “Traktor” klubunun azarkeşləri növbəti dəfə Türkiyəyə dəstək nümayiş etdiriblər. Təbriz təmsilçisinin fanatları “Türkiyə başın sağ olsun, Azərbaycan var olsun” şüarını səsləndiriblər. Bununla da kifayətlənməyən futbolsevərlər tribunada üzərində “Sevinciniz sevincimiz, acınız acımızdır” plakatını açıblar. Qeyd edək ki, “Traktor” azarkeşləri daha əvvəl 19-cu turun matçında da eyni şüarları səsləndirərək güclü zəlzələnin baş verdiyi Türkiyəyə dəstək olublar. Təbrizli azarkeşlərdən Türkiyəyə möhtəşəm dəstək - © 2023 © All Rights Reserved ℗ Baku TV #tebrizliazarkesler #turkiyeyedestek #turkiyezelzele
Back to Top