“270-ci səhifə” sənədli filmi Azərbaycanın dilbər güşəsi Şuşa şəhərinə həsr olunub. Əsas məqsədi işğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək olan filmdə şəhərdə işğal vaxtı ermənilər tərəfindən dağıdılmış mədəniyyət abidələri, məktəblər və tədris mərkəzləri, eləcə də bu şəhərdə mövcud olmuş mədəni mühit və milli irsimiz barəsində ətraflı söz açılır. Qarabağımızın mirvarisi Şuşa şəhəri 2022-ci ildə 270 yaşını qeyd etdiyinə görə film də rəmzi olaraq “270-ci s