Ermənilər sərhədçilərimizin döyüş manevrinə necə aldandılar? - Baku TV

Ermənilər sərhədçilərimizin döyüş manevrinə necə aldandılar? - Baku TV Vətən müharibəsində Azərbaycan Ordusunun dünya hərb tarixinə düşən hərbi əməliyyatlarının təfərrüatlarına yavaş-yavaş aydınlıq gəlir. Belə ki, onlardan biri, düşmənin yüz milyonlarla dəyərində müdafiə sistemlərini məhv edən “Kukuruznik” taktikasının görüntüləri yayılıb. “SU-25”, “MiQ-29” tipli bahalı döyüş təyyarələrini və əsas da ekipaj üzvlərini riskə atmamaq üçün Dövlət Sərhəd Xidməti unikal taktika həyata keçirib. Sovet dövründə istehsal olunan və istismar dövrünü başa vurmuş “Kukuruznik” deyilən An-2 təyyarələri düşmənin hava hücumundan müdafiə sistemlərinin yerinin müəyyən edilməsi üçün yem kimi istifadə edilib. An-2 təyyarələrinin Dövlət Sərhəd Xidmətinin inventarında saxlanılması, hətta sayının artırılmasını savaşdan öncə yozmaq çətin idi. Çünki dəyəri bir neçə min dollar olan “Kukuruznik”lər sovet dövründə kənd təsərrüfatında tarlaların dərmanlanması üçün istifadə olunurdu. Vətən müharibəsində isə modernləşdirilərək pilotsuz uç
Back to Top