3 mindən çox şəxs həbsdən azad ediləcək: Ən böyük amnistiya - Baku TV

3 mindən çox şəxs həbsdən azad ediləcək: Ən böyük amnistiya - Baku TV 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq və humanizm ənənələrini davam etdirərək Prezident İlham Əliyev tərəfindən amnistiya elan edilməsi təşəbbüsü irəli sürülüb. Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azad etmə institutlarının dairəsinə görə bu aktın ən böyük amnistiya olacağı ehtimal edilir. Vətən müharibəsində qazanılmış tarixi zəfərin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək insanın cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır. Amnistiya aktının layihəsinə əsasən, Vətən müharibəsində və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan d
Back to Top