İrəvanda yanğın davam edir - BAKU TV ()

İrəvanda yanğın davam edir - BAKU TV () Qarabağdakı antiterror əməliyyatı ilə bağlı ən son görüntü və xəbərləri teleqram kanalımızda izləyin: Aktual xəbərlərimiz Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan İrəvandakı “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayışdan sonra ərazidəki son vəziyyəti açıqlayıb. Nazir bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Onun sözlərinə görə hazırda 18 nəfərin axtarışı davam etdirilir. Xəsarət alanlardan 23-ü müxtəlif xəstəxanalara yerləşdirilib. Pambuxçyan qeyd edib ki, anbarda hələ də pirotexniki materiallar, eləcə də tez alışan plastik məmulatlar qalır. “Bir neçə gün ərzində yanğınlar baş verə bilər, xilasedicilər buna hazırdır. Hazırda yalnız anbarın ərazisi yanır, qalan ərazilərdə yanğın söndürülüb. Xilasedicilərin işinə gəlincə, dünən hadisə yerində 350 nəfər işləyirdisə, hazırda onların sayı 70-ə yaxındır”, - deyən nazir həmçinin qeyd edib ki, 7 xilasedici müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlardan 2-si xəstəxanaya yerləşdirilib, digərlərinə yerindəcə tibbi yardım göstərilib. Qeyd edək ki, avqustun 14-də “Surmalu” ticarət mərkəzində güclü partlayış baş verib. Hadisənin pirotexniki avadanlıqların yanması nəticəsində baş verdiyi deyilir. Partlayışdan sonra ticarət mərkəzində yanğın başlayıb. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV İrəvanda yanğın davam edir #bakutv #irevan #yangin #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top