Seyyid Peyman Əzizim Hüseyn
Söz : Anonim
Avaz : Mərsiyə
Aranj : Fariborz Xatəmi
Ölən zaman Aşiq
Onda ki çıxar canı
Arzulayar görsün
Başı üstə mövlanı
Xüsusən o Aşiq
Sahibi nişan olsun
Bəzmi əzalərdə
Şahə ağlayan olsun
Ağam vəfalıdır
And ola qanlı peykərə
Özü gələr o dəm
Deyə yorulma nökərə
Əzizim Hüseyn
Dil örgəşən gündən
Səslərəm Hüseyn məzlum
Çıxınca can təndən
Səslərəm Hüseyn məzlum
Ləyaqətim yoxdur
Nökər olmağa düzdür
Çəkmərəm əl səndən
Səslərəm Hüseyn məzlum